“Ermənistanda Allaha inanmayan din xadimləri var” – Deputat

Sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.

Globalihnfo.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir:

“İlk növbədə, erməni Baş nazir Nikol Paşinyanın “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir”.

Deputatın sözlərinə görə, bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır:

“Kilsə əgər sülh təmin etmirsə o dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.