Ermənistanın Tavuş vilayətində erməni hərbçisinin meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı məlumatı təsdiqləyib.
Nazirliyin məlumatına görə, meyiti tapılan hərbçi Ararat rayonunun Abovyan kəndindən olan 19 yaşlı Narek Qriqoryandır.
“Noyabrın 13-də saat 09:00-da hərbi hissələrdən birinin hərbi qulluqçusu Narek Qriqoryanın meyiti tapılıb”, – məlumatda deyilir.
Ermənistan mətbuatı hərbçinin asılmış vəziyyətdə tapıldığını yazıb.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.