Soqomonyan: “Dövlətin altına mina qoyulub”

“Ermənistan Konstitusiyasının dəyişdirilməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu “Ayakve” təşəbbüsünün üzvü Menua Soqomonyan deyib.

O bildirib ki, Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinin çıxarılması dövlətin əsaslarını zəiflədəcək. Bundan sonra Azərbaycan öz tələblərindən əl çəkməyəcək:

“Azərbaycan bu ərazidə siyasi formatın olmadığını deyəcək. Tarixən özünə məxsus ərazidə ədaləti bərpa etmək niyyətini bildirəcək. Ona görə də biz Ermənistan Konstitusiyasının dəyişdirilməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik”.

Soqomonyan bildirib ki, hakimiyyət nümayəndələrini konsolidasiya etmək üçün hər şeyə əl atmaq lazımdır:

“Bir neçə gündür ki, Ermənistan hakimiyyəti tərəfindən Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təbliğat işləri zəiflədilib. Hakim partiyanın daxilində də dövlətin altına mina qoyulduğunu anlayırlar”, – deyə Soqomonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az