Bağışlayın, evdə söz vermişəm ki… – Zeynəb Xanlarova

Xəbər verdiyimiz kimi, xalq artisti Zeynəb Xanlarova Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Musiqi Forumunun açılış mərasimində iştirak edib.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarova media nümayəndələrinin sualına “Mən danışıram, başqa cür yazırsınız. Bağışlayın, mən danışmaq istəmirəm. Evdə söz vermişəm ki, danışmayacam”, – deyə cavab verib.