8 əcnəbi vətəndaş əfv edildi

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 8 əcnəbi vətəndaş əfv edilib.

Globalinfo.az xəbər verir ki, onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.