Çinli alimlər Tibet yaylasının şimal-şərq hissəsində cənub mamontuna məxsus kəllə sümüyü aşkar ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Çin Elmlər Akademiyasının alimləri apardıqları araşdırmalar nəticəsində qalıqların 1,3–2 milyon il əvvəl yaşamış cənub mamontuna məxsus olduğunu müəyyən ediblər.
Mütəxəssislər bildiriblər ki, tapıntı cənub mamontu qalıqlarının müqayisəli tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.