Qırğızıstanın Talas şəhəri 2028-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xatırladaq ki, 2028-ci ilin Türk dünyasında Çingiz Aytmatov ili elan edilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, TÜRKSOY-a üzv Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın nümayəndələrinin iştirakı ilə Yüksək Vəzifəli Şəxslər Komitəsinin 8-ci iclası keçirilib. Görüşdə mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.