Zəngəzur dəhlizi üçün yeganə yol budur – Politoloq

“Azərbaycanın Qarabağı tamamilə nəzarətə alması və suverenliyini bərpa etməsi, ermənilərin könüllü köçü yeni şərait yaradıb. Bu şərait sülh və təhlükəsizliyin təmini, xüsusilə Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, N.Paşinyan hakimiyyətini qoruyub saxlasa, Azərbaycanla sülh müqaviləsinin bağlayacaq:

“Təbii ki, Ermənistan daxilində siyasi vəziyyət gərgindir, amma bu, hakimiyyəti dəyişəcək gücdə deyil.

Qeyd edim ki, Fransanın Ermənistanda müdafiə missiyası yaratması, Qarabağda yaşayan ermənilərlə bağlı olsa da, əsasən N.Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Artıq Paşinyan üçün də Qarabağ məsələsi bağlanıb. Sadəcə, Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün müəyyən siyasi spekulyasiya edə bilər.

Artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilmir. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli üçün hərb variantı nəzərdə tutulmur. Ermənistan öz yurisdiksiyası əsasında Zəngəzur dəhlizini danışıqlar yolu ilə açacaq”.

Turan Rzayev
Globalinfo.az