serurlu isfendiyar 11 1

Xəbər verdiyimiz kimi, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) xüsusi ittiham qaydasında məhkəməyə verilib. Məşhur tikinti maqnatından şikayət edən isə iş adamı “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərovdur.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, İsfəndiyar Axundov bu gün keçirilməli olan məhkəməyə gəlməyib.

Bu səbəbdən hakim prosesi 22 aprelə, saat 11:30-a təxirə salıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: