Kəndləri Bakıya qaytarırıq, lakin başqa formada – Erməni nazir

“Danışıqlar prosesində anklavlarla bağlı müxtəlif müzakirələr və ssenarilər var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Q.Sanosyan anklavlar məsələsində həll yolu axtardıqlarını bildirib:

“Həm Azərbaycan, həm də Ermənistan üçün yaşayışa yararsız olan ərazilər var. Bütün bu məsələlər vahid aspektdə nəzərdən keçiriləcək. Mətbuat anklavların təslim edildiyini deyir, amma belə deyil. Bu, təhvilvermə yox, dəyişmə prosesidir.

Mübahisəli ərazilərin Azərbaycana qaytarılacağı təqdirdə dövlət əhəmiyyətli yolların Bakının nəzarətinə keçməsi məsələsinə gəlincə, bütün variantlarda həll yolunu tapmağa çalışırıq. Zəngəzurda da alternativ həll yolları tapılıb. Səbirli olmaq lazımdır”.

Ayşən Mustafa
Globalinfo.az