Xankəndidə növbəti şou: Tovmasyanı o əvəz edəcək

Qarabağdakı qondarma rejimin “Daşnaksütyün” fraksiyasının nümayəndəsi Davit İşxanyan növbəti “parlament sədri” seçilib.

Globalinfo.az xəbər verir ki, onun “ədalətli” səsvermə ilə seçildiyi deyilib.

İyulun 29-da bu vəzifənin keçmiş icraçısı Artur Tovmasyan sağlamlığında yaranan problemlər səbəbi ilə istefa verdiyini açıqlamışdı. Bundan sonra

İşxanyanın onun yerinə keçəcəyinə dair iddialar səsləndirilməyə başladı.

Qeyd edək ki, Davit İşxanyan separatçılar arasında qəti mövqeyi ilə tanınır. O, dəfələrlə İrəvan və Bakı əleyhinə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.

Ayşən Mustafa
Globalinfo.az