İmam Hüseynlə bağlı məşhur dialoqda diqqət çəkən məqamlar – VİDEO

İslam dünyasının önəmli təqvimlərindən olan Məhərrəm başlayıb. Bu gün isə Aşuradır. Dünya müsəlmanları, əsas da şiə məzhəbinin mənsubları bu təqvimi xüsusi olaraq qeyd edirlər.

Bu ayla bağlı xüsusilə son illər müxtəlif diskussiyalar açılır. İmam Hüseyn və silahdaşlarının, doğmalarının Kərbəla çölündə şəhid edilmələri təkcə İslam dünyasında deyil, bütün dünyada haqsızlığa, zülmə qarşı dirəniş kimi qəbul edilir. Üstündən əsrlər keçsə də tarixdə bu hadisə öz yerini qoruyub saxlayır.

Bu hadisə kitablarda, bədii və sənədli filmlərdə də özünə yer tapır. Kərbəla hadisələrindən Türkiyədə çəkilmiş məşhur “Kurtlar vadisi” serialında da bəhs edilir. İslam düşmənlərinin müsəlmanlar arasında nifaq saldığı və İslam coğrafiyasını qana buladığı indiki anda, həmçinin Məhərrəm ayının başladığı, Aşuranın qeyd edildiyi gündə “Kurtlar vadisi ” serialının iki sevimli qəhrəmanının unudulmaz dialoqunu bir daha dinləməkdə fayda var.

“Aslan Akbey ” serialın ruhani siması olan “Ömər baba”nı danışdırır, o da çox mühüm, bu gün də aktual olan gerçəkləri söyləyir, barış mesajları verir. Əslində bu dialoq ssenaristlərin qələmindən, düşüncəsindən süzülüb, tamaşaçıya və tarixə təqdim olunub.

Globalinfo.az bu unudulmaz dialoqu video parça halında oxucusuna təqdim edir.

Globalinfo.az