ABŞ Zəngəzuru Bakıya verir, İrəvanın ərazisi azaldılır – Keçmiş erməni baş nazir SİRLƏRİ AÇDI

Fransa və ABŞ Ermənistanı dəstəkləsə də, onların ölkəni hansı statusda, hansı sərhədlər çərçivəsində gördükləri bəlli deyil.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Bəlli deyil ki, onların Qarabağla bağlı təsəvvürləri necədir. Sözsüz ki, Fransanın son qətnaməsi gözəl jest olsa da, bu, praktik mənada İrəvana heç nə vermir, əksinə erməni seçicilərinin Fransada Makrona simpatiyasını artırır”, – keçmiş nazir bildirib.

O, ermənilərin hələ də Türkiyənin “Böyük Turan” layihəsini məhz Qərbin razılığı ilə həyata keçirdiyini anlamadığını söyləyib:

“Bu layihənin qarşısında yeganə maneə məhz Ermənistandır ki, o da Zəngəzuru güzəştə getməlidir. Böyük Turanın simasında Qərb Rusiya, Çin və İrana qarşı müqavimət zonası əldə edəcək. ABŞ və Fransadan şikayətlənmək lazım deyil, amma başa düşməliyik ki, indi onların geosiyasi maraqları bizimkilərlə üst-üstə düşmür. Mümkündür ki, onlar bizə hansısa anda kömək etsinlər. Məsələn, İrəvan və bir neçə yaşayış məntəqəsinə kömək edəcəklər. Maksimum 15 min kvadrat kilometrlik sərhəd çərçivəsində biz onların geosiyasi oyununa mane olmuruq”.

Baqratyan İrəvanda anti-Rusiya əhval-ruhiyyəsinin artırılması üçün işlərin görüldüyünü də bildirib. O, qərbyönlü siyasi qüvvələrin aktivliyinin Rusiya tərəfindən də diqqətlə izləndiyini qeyd edib:

“Əgər Rusiyanı düşmənə çevirsəniz, Kreml regionda bütün məsələləri Azərbaycan və Türkiyənin xeyrinə həll edib onlardan zəmanətli üstünlüklər qazanacaq ki, bu sırada da Zəngəzurdakı dəhlizin nəzarətinin ona verilməsi ola bilər. Yəni Rusiya Ermənistanın məhvi layihəsinə qoşulmağa məcburdur”.

İlkin
Globalinfo.az