Polish 20250127 185351251

“Ermənistanda zamanında mülki missiya kimi fəaliyyətə başlayan təsisatın sayının və fəaliyyət müddətinin artırılması xoşagələn hal deyil. Həmin missiyanın tərkibində, xüsusi xidmət orqanları əməkdaşları, jandarmalardan və s. ibarət heyət var. İlk başda onların monitorinq aparmaq məqsədi ilə şərti sərhədə gətirildiyi deyilsə də, bu gün əslində hansı məqsədlərlə yerləşdirildikləri məlum olur. Bu mülki missiyaya yeni vəzifələr verilir. Onların Ermənistanın Müdafiə Nazirliyinin hansısa struktur bölmələri ilə əlaqələrinin qurulması, məlumatların ötürülməsi və s. kimi məsələlər burada öz əksini tapır. Əslində isə zaman-zaman monitorinqlər aparmalı və rəsmi Brüssel, Ermənistan və Azərbaycana hesabatlar verməli idi”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Onun sözlərinə görə, həmin mülki missiyanın tərkibinə başqa ölkələrin nümayəndələri də daxil olur:

“Aİ, Kanada, Fransa və digər ölkələri misal çəkə bilərik. Bu da o deməkdir ki, missiya Aİ çərçivəsindən çıxıb NATO formatını alır. Əminliklə deyə bilərik ki, hərbi kəşfiyyat xarakterli fəaliyyətlər də sərgilənməkdədir. Səyyar formada fəaliyyət göstərən missiya Ermənistanın müxtəlif ərazilərində qərargahlar yaratmağa başlayıblar. Gorusda həmin missiya Aİ-nin ayrı-ayrı nümayəndələrini qarşıladığı haqqında məlumatlar almışdıq. Bütün bunlar dediklərimizə bir nümunədir. Son günlər yayılan məlumatlara görə, bu mülki missiya İran və Türkiyə ilə həmsərhəd bölgələrdə də fəaliyyətə başlayacaq. Mandatın 2 il uzadılmasına dair yaxın günlərdə qərar qəbul oluna bilər. Buna əsasən fevralın 19-dan etibarən mülki missiyanın fəaliyyəti daha iki il artırılacaq”.

Azer Allahverənov

Azər Allahverənov 

Deputatın sözlərinə görə, missiya bundan sonra öz hərbi funskionallığını və bundan irəli gələn vəzifələrin icrasını daha rahat həyata keçirmiş olacaq:

“Ermənistanın hüdudları daxilində baş verən prosesin Azərbaycan, İran və Türkiyə üçün nə kimi təhlükələri olduğu sualı yaranır. Bu Aİ missiyasıdır və Avropa İttifaqının konkret olaraq Türkiyə, Azərbaycanla bağlı yanaşması da hər kəsə məlumdur. NATO kontekstində də anti-İran amilləri kifayət qədər qabarıqdır. Ümumiyyətlə missiyanın hazırkı fəaliyyəti sabitliyin pozulması amili kimi dəyərləndirilə bilər. Ermənistan daxilində elə qüvvələr var ki, sözügedən prosesdən ilham alaraq revanşist əhval-ruhiyyəni daha da artırırlar.

Ermənistan sülhdə maraqlıdırsa, bu missiyanın fəaliyyətinin dayandırılması istiqamətində addımlar atmalıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Paylaş: