ABŞ bunun müqabilində İsrailin Fələstini tanımasını istəyir – KİV

“ABŞ Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq müqabilində İsrailin Fələstini tanımasını istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, Vaşinqton yaxın aylarda İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin normallaşması müqabilində Fələstin dövlətinin tanınması üçün uzunmüddətli diplomatik razılaşma əldə etməyə çalışır.

Nəşr yazır ki, Ağ Ev Ər-Riyada rəsmi təhlükəsizlik əlaqələri təklif edir. Bu əməkdaşlıq çərçivəsində isə mülki nüvə enerjisinin inkişafına və Fələstin dövlətinin tanınmasına səy göstərəcəyinə vəd verir.

Eyni zamanda İsrailə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması təklif edilir. Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, İsrailə İrandan gələn təhlükəyə qarşı mübarizədə Səudiyyə Ərəbistanı ilə daha sıx əməkdaşlığın kömək olacağı fikiri aşılanır.

Əliyar Xəlil
Globalinfo.az