Rusiya və Çindən Yəmənə hücumla bağlı SƏRT AÇIQLAMA

ABŞ və İngiltərənin Yəmənə hava zərbələri endirməsi dünyanın diqqət mərkəzindədir. 

Globalinfo.az xəbər verir ki, hücumlara müxtəlif dövlətlərdən fərqli reaksiyalar gəlib.

Rusiya və Çin də ABŞ və müttəfiqinin Husilərə qarşı hücumuna biganə qalmayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu pisləyib və bu addımın Beynəlxalq hüquqa görə, qeyri-legitim olduğunu diqqətə çatdırıb. Peskov eyni zamanda Husilərin beynəlxalq ticarət gəmilərinə hücumunu da pisləyib və rəsmi Moskvanın onları dəfələrlə bu addımdan çəkinməyə çağırdığını deyib.

Hücumlarla bağlı Çin də öz mövqeyini sərgiləyib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq tərəfləri sakit olmağa və mötədilliyə çağırıb. Qırmızı dənizin beynəlxalq mallar və enerji ticarəti üçün əhəmiyyətli bir marşrut olduğunu xatırladan Mao Ninq bölgədə təhlükəsizlik və sabitliyin təmin ediləcəyinə ümidvar olduğunu dilə gətirib.

Əliyar xəlil,

Globalinfo.az