3f8f1765 0269 4dcc 8633 84114ad5c397

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton Kirsten Devisin namizədliyi Senatda təsdiqlənənədək Ağ Evin kibertəhlükəsizlik idarəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” Ağ Evə istinadən məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl texniki nasazlıqların və kiberhücumların artması ilə bağlı xəbərlər fonunda Şon Kernkros tutduğu vəzifədən ayrılıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp sözügedən posta Pentaqon rəhbərinin keçmiş müşaviri Kirsten Devisin namizədliyini irəli sürüb.

Son dövrlərdə ABŞ mediasında Milli Təhlükəsizlik Agentliyinin məxfi rabitə sistemində, Federal Aviasiya Administrasiyasının telekommunikasiya infrastrukturunda və “Microsoft” xidmətlərində baş verən nasazlıqlar barədə də məlumatlar dərc olunub.

Paylaş: