melaniya 1

ABŞ Ukraynada müharibənin dayandırılması və tərəflər arasında sülh razılaşmasının əldə olunması istiqamətində yeni təkliflər üzərində işləyir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın birinci xanımı Melaniya Tramp jurnalistlərin sülh sazişi ilə bağlı irəliləyişin olub-olmadığı barədə suallarını cavablandırarkən deyib.

“Biz bunun üzərində işləyirik”, – deyə Melaniya Tramp bildirib. O, hazırlanan təşəbbüslərin məzmunu və mümkün nəticələri barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukraynada atəşkəsə nail olmaq üçün səylərin genişləndirilməsinin vacibliyini vurğulamışdı. O, bu təşəbbüsləri humanitar missiyaların nəticələri ilə əlaqələndirmişdi.

Melaniya Tramp da Oleşkidə əldə olunan atəşkəs razılaşmasının Moskva ilə Kiyev arasında gələcək humanitar əməkdaşlıq üçün zəmin yarada biləcəyini bildirmişdi.

Paylaş: