Ukraynanın 2008-ci ildə NATO-ya üzvlüyünə qarşı çıxmaq səhv idi.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.
“Düşünürəm ki, bu gün hamımız 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində ABŞ-ın Ukraynanın Alyansa qəbul edilməsi ilə bağlı irəli sürdüyü təkliflə razılaşmamağın nə qədər böyük səhv olduğunu anlaya bilərik”, – Merz bildirib.
Onun sözlərinə görə, Ukrayna NATO-ya üzv olsaydı, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin qarşısını almaq mümkün ola bilərdi.