ABŞ Prezidenti Donald Tramp Nvidia şirkətinin rəhbəri Jensen Huangı özünəməxsus şəkildə qarşılayıb.
Globalinfo.az xəbər verir ki, Tramp Huangın şirkət rəhbərliyinə qayıtması münasibətilə sosial şəbəkədə onunla bağlı paylaşım edib.
Paylaşımda Trampın 2024-cü ildə Pensilvaniyada seçki mitinqi zamanı ona qarşı törədilən sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotosundan istifadə olunub.
Həmin fotoda Tramp qulağından yaralandıqdan sonra yumruğunu havaya qaldıraraq tərəfdarlarına müraciət edir. Bu görüntü ABŞ-da sui-qəsd cəhdinin ən çox yayılan fotolarından birinə çevrilib.
Tahir Turan
Globalinfo.az