Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, onun meyiti Moskvanın Vasili Lanovoy küçəsindəki evində tapılıb.
Onun ölüm səbəbi hələlik müəyyənləşməyib. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisə nəticəsində həyatını itirdiyi ehtimal olunur.
Qeyd edək ki, Elmir Məhərrəmov 10 ildən artıqdır şou-biznes sahəsində fəaliyyət göstərib. O, müxtəlif illərdə “Self Made Music”, “Archer Music” və “Out of Records” musiqi leybllərinə rəhbərlik edib.
Prodüser Olqa Buzova, Dima Bilan, T’Killah və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.