Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüşdə Azərbaycanla münasibətlərin inkişafı, viza rejiminin liberallaşdırılması və TRIPP layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı aparılan dialoqun gedişi və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər, həmçinin Ermənistan iqtisadiyyatının şaxələndirilməsi tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Paşinyan Avropa İttifaqına Ermənistanda demokratik islahatlara göstərdiyi dəstəyə görə təşəkkür edib. O, ölkənin yeni Konstitusiya layihəsi məsələsinə də toxunub.
Görüşdə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması nəticəsində yaranan imkanlar, regional əməkdaşlığın perspektivləri və TRIPP layihəsinin praktiki icra mərhələsinə keçirilməsi məsələləri də müzakirə olunub.
Əliyar Xəlil