SJhV8WEfhfHwBWS91bNpv2FECDGuDOo1XqPGmsrN

Xəbər verdiyimiz kimi, İran Naxçıvana dron zərbələri endirib. Bəzi ərazilərdə dağıntı və yaralananlar var.

Azərbaycan İranın dron hücumuna adekvat cavab verəcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, 3 ya 4 raketin aeroport binasına dəydiyi bildirilir:

“Rəsmi Bakı Cənubi Azərbaycandakı soydaşlarının zərər görməsini istəmir. Ona görə də İrana cavab verilsə, ən böyük ziyanı fars-molla rejimi görəcək”.

H.Oğuz bildirib ki, İranın indiki təxribatları müəyyən fikirlər yaradır:

İran müxtəlif xarici güclərin nəzarəti altındadır – MOSSAD, CIA və digər təşkilatların niyyəti İranı parçalamaqdır. Bunu özləri də etiraf edirlər. Sənə (İrana) raket atıb, mövqelərini darmadağın edən İsrail və Amerikadır. Hətta ABŞ-nin gəmisi gəlib sənin düz qarşında dayanıb, bütün gəmilərini də məhv edib. Ona cavab verə bilmirsən, durub, prosesdən kənarda dayanan Azərbaycana “kəllə atırsan”. Deməli, sən istəyirsən ki, bütün islam dünyası sənə qarşı birləşsin?!”

Heydər Oğuz İranın hazırki vəziyyətini quduz itin hərəkətinə bənzədib:

“İranda baş verən proseslər yalnız regional deyil, qlobal miqyasda da nəticələr yaradır. Amerika və digər qüvvələr İranın qarşısında güc nümayiş etdirə bilir, amma o, özünü müdafiə etməkdə çətinlik çəkir. Bu zaman hücumları Azərbaycan və başqa ölkələrə yönəldir, vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bu cür addımlar həm islam dünyasında, həm də qlobal səviyyədə İranın izolyasiyasına səbəb olur. İran özünü quduz it kimi aparır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: