
ABŞ ordusuna məxsus bir neçə C-17 Globemaster III tipli ağır hərbi nəqliyyat təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) eniş edib.
Globalinfo.az xəbər verir ki, bu hərəkətlilik Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirdiyinə dair ehtimalları artırıb.
Məlumata görə, sözügedən təyyarələr şəxsi heyətin, ağır hərbi texnikanın və müxtəlif təyinatlı yüklərin daşınması üçün istifadə olunur. Uçuşlarla bağlı məlumatlar noyabrın 6-da yayılıb.
Bu hərbi daşımalar ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasının bölmələrinin regionda yerləşdirilməsi fonunda baş verir. Həmin diviziyanın müəyyən qüvvələri artıq Yaxın Şərqdə xidmət edir və onların bölgədəki dislokasiya müddətinin uzadıldığı bildirilir.
Hərbi təyyarələrin BƏƏ-yə gəlməsi ABŞ-nin regiondakı logistika və hərbi imkanlarını genişləndirməsi ehtimalını gündəmə gətirib.
Tahir Turan
Globalinfo.az