“ABŞ Avropada uzunmüddətli təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə tərəfdaşları ilə yeni təhlükəsizlik arxitekturası üzərində işləyir”
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi, Donald Trampın kürəkəni Cared Kuşner deyib.
Onun sözlərinə görə, hazırlanmaqda olan yanaşma beş əsas istiqaməti əhatə edir:
1. Təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələrin aparılması;
2. Böhran vəziyyətlərində etibarlı kommunikasiya kanallarının yaradılması;
3. Hərbi fəaliyyətlərdə şəffaflığın artırılması;
4. Gərginliyin eskalasiyası riskini azaltmaq üçün qarşılıqlı tədbirlərin görülməsi;
5. Avropanın uzunmüddətli təhlükəsizliyi və sabitliyi üçün dayanıqlı çərçivənin formalaşdırılması.
Kuşner vurğulayıb ki, heç bir dövlət digər ölkənin suveren seçimlərinə veto qoymaq hüququna malik olmayacaq. O, eyni zamanda NATO-nun Avropanın kollektiv müdafiə sistemində əsas rolunu qoruyacağını bildirib.
Yeni təhlükəsizlik modelinin hazırlanması üzrə məsləhətləşmələrə Ukrayna, NATO, Avropa İttifaqı və digər Avropa tərəfdaşlarının cəlb olunması nəzərdə tutulur.
Safura Bənnayeva
Globalinfo.az