zelenski 1

“Ukrayna Prezidenti Volodimir Zelenski Belarus istiqamətindən Rusiya ordusunun mümkün hücumu barədə danışaraq, Minski cavab addımlarına təhrik etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik deyib.

“Lakin onun planı baş tutmayacaq. Minsk bu cür emosional bəyanatlara soyuqqanlı yanaşır və bütün vəziyyətlər ciddi şəkildə hesablanır. Belə mövzular Belarusda kollektiv şəkildə müzakirə olunur”, – deyə o bildirib.

Kolesnik qeyd edib ki, Zelenskinin Belarusla bağlı fikirləri həm də, Kiyevin Qərbi münaqişəyə daha çox cəlb etmək cəhdinin göstəricisi ola bilər.

Onun fikrincə, Avropada artıq Ukraynaya yardım siyasətinin nəticələrini daha ciddi dərk etməyə başlayırlar.

Xatırladaq ki, Zelenski bundan əvvəl Rusiyanın Belarus ərazisindən Ukraynaya hücum üçün beş mümkün ssenarini nəzərdən keçirdiyini bildirib və Kiyevin buna hazır olduğunu qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: