9

Şahzadə Diananın kiçik qardaşı, qraf Çarlz Spenser bacısının həyatının və faciəli ölümündən sonra baş hadisələrlə bağlı yeni kitab nəşr edəcək.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, kitab “Swan Song: Diana, My Sister” (“Qu nəğməsi: Diana, mənim bacım”) adlanır və gələn ay satışa çıxarılacaq.

Çarlz Spenser bildirib ki, memuar xarakterli kitabda şahzadə Diana haqqında illər ərzində yayılan bir sıra məlumatlara aydınlıq gətiriləcək. Onun sözlərinə görə, kitabda yalanlar ifşa olunacaq .

Yeni nəşrdə Uelsin keçmiş şahzadəsinin şəxsi həyatı ilə yanaşı, onun 1997-ci ildə Parisdə avtomobil qəzasında ölümündən sonra baş hadisələrə də geniş yer ayrılacağı açıqlanıb.

Qeyd etmək lazımdır ki, Çarlz Spenser uzun illərdir bacısının xatirəsinin qorunması və onun həyatı ilə bağlı yayılan iddialara münasibəti ilə gündəmə gəlir.

Paylaş: