cast

Portuqaliyanın iqtisadiyyat naziri Manuel Kastro Almeyda futbolçu Kriştiano Ronaldonu dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Ronaldo Portuqaliyanın tanınmasına və brend dəyərinə böyük töhfə verir. O, ən məşhur portuqaliyalıdır. Bir çox insan Portuqaliya haqqında yalnız Kriştiano Ronaldo sayəsində xəbərdardır”, – deyə nazir qeyd edib.

Daha əvvəl KİV-də Ronaldonun Millətlər Liqasında Norveçlə oyuna buraxılmaması səbəbindən baş məşqçi ilə münaqişə yaşadığı barədə məlumat yayılmışdı. Bundan sonra Portuqaliya Futbol Federasiyasının rəhbəri təcili danışıqlar aparıb və tərəflər arasındakı fikir ayrılığı aradan qaldırılıb. Lakin Danimarka ilə oyun öncəsi mətbuat konfransında baş məşqçi Ronaldonun bu görüşü də buraxa biləcəyini istisna etməyib.

41 yaşlı hücumçu milli komandalar üzrə iki dünya rekorduna sahibdir. Ronaldo Portuqaliya millisinin tarixində 146 qolla ən məhsuldar futbolçu olmaqla yanaşı, 234 oyunla ən çox milli forma geyinən futbolçudur.

Portuqaliya növbəti matçını oktyabrın 4-də Norveç millisinə qarşı keçirəcək.

Qeyd edək ki, Ronaldonun həyat yoldaşı da Portuqaliya millisinin baş məşqçisini tənqid etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: