“Ölkəni Amerikaya satırlar”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Tehran üzrə deputatı Mehdi Kooçəkzadə deyib.
Deputat Mərkəzi Bankın fiziki şəxslərə 10 min dollar satması qərarına etiraz edib və bunu ölkənin iqtisadi siyasəti baxımından “cinayət” adlandırıb:
“Sosial yardım alan vətəndaşların 10 min dollar almaq üçün tələb olunan məbləğə malik olması real deyil. Bu səbəbdən valyutanın əsasən varlı şəxslərin əlində cəmlənməsi riski yaranır.
Məmləkəti Amerikaya satırlar. Bu cinayətdir”.
Kooçəkzadə həmçinin ölkədə qanunların və idarəetmənin vəziyyətindən narazılığını bildirib və həbs olunmaqdan çəkinmədiyini deyib:
“Bu ölkə niyə belə sahibsiz qalıb ki, hər kəs istədiyini edir? Həbsxana da artıq adi hala çevrilib. Eybi yoxdur, mən həbsxanaya gedərəm”.
Safura Bənnayeva
Globalinfo.az