“Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə, yəni Avropaya yönələcək”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
Kansler bildirib ki, Ukraynada müharibənin dayandırılmaması Rusiyanın gələcəkdə Avropaya qarşı yönəlməsi riskini artırır.
O, Almaniyanın qarşıdakı həftələrdə, xüsusilə də qış ayları ərəfəsində Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Merz Kiyevə xüsusi qatarla səfər edib.
Onu iqtisadiyyat və energetika naziri Katerina Reyxe, həmçinin müdafiə və enerji sektorlarından 10 iş adamı müşayiət edib.
Safura Bənnayeva
Globalinfo.az