Rusiyanın məşhur Xalq rəssamı Şalva Bedoyev vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb. Onun Moskvadakı emalatxanasında öldüyü bildirilir.
Teleqram kanalının məlumatına görə, meyit Rəssamlar İttifaqının əməkdaşları tərəfindən aşkarlanıb. İlkin məlumatlara görə, rəssamın meyiti təxminən bir ay burada qalıb:
“Söhbət Tverskaya-Yamskayadakı emalatxanadan gedir. Rəssamın 85 yaşı var idi”. (publika.az)