1712855652 alexander stubb 900x600 1

“Finlandiya Rusiyanın hücumunu gözləmir”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib.

“Rusiyanın hücum edəcəyini gözləyirikmi? Cavab xeyrdir. Bununla bağlı heç bir sübutumuz yoxdur”, – deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, Avropada kommunikasiya ilə bağlı problemlər var.

Bu səbəbdən bəzi liderlər anlayışları qarışdırır və əslində təhdid olmayan məsələləri təhlükə kimi qəbul edirlər.

Stubb həmçinin Finlandiyanın Rusiya ilə Avropadakı ən uzun sərhədə malik ölkə olduğunu xatırladıb.

Onun sözlərinə görə, Rusiyanın ritorikasında baş verən hər hansı dəyişiklik Finlandiya tərəfindən dərhal müəyyən ediləcək.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa ilə müharibəyə hazırlaşmadığını bildirmişdi. O, bunun üçün heç bir motiv və əsasın olmadığını deyib. Putinin sözlərinə görə, Avropa Ukraynaya dəstəyi davam etdirmək məqsədilə vəziyyəti qəsdən gərginləşdirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: