Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ölkənin maliyyə vəziyyətinin ağır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Deputatın sözlərinə görə, Ukraynanın yalnız hərbi əməliyyatların maliyyələşdirilməsi deyil, dövlətin fəaliyyətinin davam etdirilməsi üçün də kifayət qədər vəsaiti yoxdur.
“Bizim nəinki müharibə, hətta dövləti dəstəkləmək üçün də pulumuz yoxdur. Biz iqtisadiyyatımızı itiririk”, – o qeyd edib.
Qonçarenko bildirib ki, Ukraynanın üzləşdiyi şərtlər getdikcə daha da pisləşir.
Tahir Turan
Globalinfo.az