ordu

44 günlük Vətən müharibəsi zamanı radar sistemləri mühüm rol oynayıb. Bu sistemlər hava məkanındakı təhdidləri və hədəfləri müəyyənləşdirərək müvafiq bölmələrə məlumat ötürür, bununla da müdafiənin effektivliyini artırır.

Ordunun “görünməz gözü” hesab edilən radar sistemlərinin maksimal aşkarlama məsafəsi 300 kilometrdir.

Bu radiolokasiya stansiyaları vasitəsilə düşmənin helikopterləri, qırıcı təyyarələri və kiçikölçülü pilotsuz uçuş aparatları vaxtında aşkarlanır. Əldə edilən məlumatlar isə zenit-raket komplekslərinə ötürülür.

Vətən müharibəsi zamanı S-300 və digər raket komplekslərinin mövqeləri müəyyənləşdirilib və bu vasitələr zərərsizləşdirilib.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

Paylaş: