Rusiya Silahlı Qüvvələri Ukrayna ordusuna məxsus bir neçə dayaq məntəqəsini ələ keçirərək Dnepropetrovsk vilayətinin Qay kəndinə daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Rusiya baharının hərbi müxbirləri” teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 29-da rus qoşunları Qay kəndinə girib. Qonşu Yeqorovka, Privolnoye, Verbovoye, Alekseyevka və Zlaqoda kəndlərinin də Rusiya hərbi nəzarəti altına keçdiyi bildirilir.
“Zub” çağırış işarəsi ilə tanınan Rusiya hərbçisi Ukrayna qüvvələrinin bölgəyə yaxınlaşarkən müxtəlif “sürprizlərlə” – pusqu və minalarla üzləşdiyini iddia edib.
Tahir Turan
Globalinfo.az