1645702155 zaxarova 1

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniya kralı III Çarlzın ABŞ Prezidenti Donald Trampla görüşü zamanı çəkilmiş fotosuna münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında paylaşım edib.

Zaxarova III Çarlzın açıq mavi rəngli, bir qədər qırışmış şalvar və pencəyinə işarə edərək bunları yazıb:

“Onun görünüşünü məşhur britaniya dizayn məktəbinin nümunəsidir”.

O həmçinin zarafatla bildirib ki, bu görüşlə bağlı fotolar “Yandex” axtarış sistemində qısa müddətdə ön sıralardan aşağı düşüb və həmin görüntüləri tapmaq artıq çətinləşib.

owl detail 620 4e4da468a807fc32d22fb6a85ac424b6

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: