Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara başlamaq üçün cəbhə xəttinin dondurulmasının vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərini NBC telekanalı sitat gətirib:

“Əgər bu müharibəni dayandırmaq və təcili olaraq diplomatik vasitələrlə sülh danışıqlarına keçmək istəyiriksə, olduğumuz yerdə qalmalıyıq”.

Zelenski həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoya bilər.

Xatırladaq ki, macar analitik Zoltan Koskoviç Zelenskinin Donald Trampla görüşündən sonra növbəti addımlarını şərh edib. O, hesab edir ki, Ukrayna lideri Rusiyaya qarşı müəyyən təxribatlar hazırlamağa başlaya bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: