“Google Maps” şirkəti ErmənistanAzərbaycan sərhədinin Sotk şaxtası ərazisində marşrutu Azərbaycanın xeyrinə dəyişib.

Globalinfo.az xəbər verir ki, iki ölkə arasındakı Sovet sərhədi düz karxanadan keçir.

2020-ci il müharibəsindən sonra onun böyük hissəsi Azərbaycanın nəzarətindədir.

Beləliklə, Google-a görə cari sərhəd xəritədə sarı, əvvəlki isə narıncı rəngdə göstərilir.

Dəyişikliklərin dəqiq nə vaxt edildiyi məlum deyil. Lakin, böyük ehtimalla, bu, 2023-2025-ci illərdə baş verib.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün əsas Google-un yox, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələridir. Lakin 2020-ci il müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri onlayn xidmətin xəritələrini rəhbər tutaraq keçmiş sovet sərhədində öz mövqelərini yerləşdirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: