1686164483 gettyimages 1246900568 scaled 1

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb.

Globalinfo.az xəbər verir ki, Makron–Zelenski danışıqları təxminən 1 saat davam edib və əsas müzakirə mövzuları Ukraynadakı vəziyyət olub.

Makron Fransa tərəfinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Fransa Prezidenti Ukrayna lideri Zelenskiyə Putinlə olan danışığın məzmunu barədə məlumat verib.

Xatırladaq ki, bu gün Makronla Putinin son üç ildə ilk birbaşa telefon danışığı olub.

Tahir Turan

Globalinfo.az

Paylaş: