Xəbər verdiyimiz kimi, Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə iki ölkənin nümayəndələri arasında görüş olub.
Globalinfo.az bildirir ki, Türkiyə nümayəndəsi Sərdar Kılıç görüşdən sonra jurnalistlərə açıqlamasında təfərrüatları bölüşüb.
Kılıç jurnalistlərin Türkiyənin Ermənistan Konstitusiyasının dəyişməsi ilə bağlı mövqeyinin nə olduğunu soruşublar.
“Ermənistanın Baş naziri Nikol Paşinyan da konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. Bu kontekstdə Ermənistan öz Konstitusiyasına lazımi düzəlişlər edəcək”, – o, bildirib.
Qeyd edək ki, Sərdar Kılıç Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı müzakirələrin davam etdiyini, lakin hələ tarixin müəyyən edilmədiyini söyləyib.
Ayşən Mustafa
Globalinfo.az