63553f28e1d6363553f28e1d64166653111263553f28e1d6163553f28e1d62

“İran Ermənistana Avrasiya İqtisadi İttifaqına qoşulmaq üçün “quru qapısı” kimi baxır. Odur ki, ABŞ gömrükçülərinin Ermənistana göndərilməsi İrəvan üçün həm iqtisadi, həm də təhlükəsizlik sferasında problemlər yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bunu şərqşünas Qarik Misakyan deyib.

“Amerikanın Ermənistanda istənilən mövcudluğu, o cümlədən İran sərhədində olması Tehranda narahatlıq yaradır. Əgər ABŞ-a sərhəd nəzarəti aləti verilərsə, bu, Ermənistan tərəfindən İrana mənfi siqnal olacaq. İranın narahatlığı tamamilə başa düşüləndir. Ancaq erməni-amerikan xartiyasının imzalanmasından sonra Tehrandan hər hansı rəsmi reaksiyanın olacağı ehtimalı azdır. Çox güman ki, iranlılar gözləmə mövqeyi tutaraq, bu razılaşmanın nəyə yönəldiyini müəyyən etməyə çalışacaqlar.  Yəni, böyük ehtimalla problem yaradan İran deyil, Ermənistan özü ola bilər. ABŞ-la münasibətlərin dərinləşməsi Ermənistan-İran münasibətlərinin hazırkı əlverişli inkişaf kursunu poza bilər. Regionun problemləri çoxdur və Tramp administrasiyasının Cənubi Qafqazda siyasətinin nədən ibarət olacağı da bəlli deyil. Donald Tramp xarici siyasət vektorlarında adətən Yaxın Şərqə üstünlük verir. Onun üçün Qafqaz ikinci dərəcəlidir”, – deyə Misakyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: