“Rusiya Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir sənəd almayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilata geri dönmək mərhələsini keçdiyinə dair sözlərinə münasibət bildirib:
“Ermənistanın baş naziri bu məsələ haqda çox danışıb, müzakirə edib. Biz heç kimi heç nəyə məcbur etmirik. Danışılanları dinləyirik. İttifaqa üzvlükdən maksimum yararlanmaq İrəvanın maraqlarına uyğundur”.
Əliyar Xəlil
Globalinfo.az