tayvan 1

Tayvan seçiciləri Administrasiya rəhbəri və Qanunverici Yuan (ən yüksək qanunverici orqan) üzvləri üçün seçkilər keçirib. Dünyanın müxtəlif ölkələrindən bu məsələyə sərt reaksiya gəlib. ABŞ, Aİ, eləcə də Azərbaycan və başqa ölkələr sözügedən seçkiləri pisləyib. Rəsmi Pekin isə Tayvan parlamentində keçirilən seçkilərdə Çinlə dialoqun tərəfdarı olan Qomindan Partiyası üstünlük əldə etməsini müsbət qarşılayıb.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Tayvanda seçkilərin keçirilməsi kimi analoji hallara tarixdə çox rast gəlinib:

“Məsələn, vaxtilə Qarabağda, yaxud da Krımda, Abxaziya və Osetiyada keçirilən seçkilər separat meyillərin gücləndirilməsinə və “qanuniləşdirilməsinə”, onlara “hüquqi əsas” qazanılmasına hesablanıb. Tayvanda keçirilən seçkilər də məhz bu aspektdən qiymətləndirilməlidir. Tayvan administrasiyasının rəhbəri Çinlə dialoqa hazır olduqlarını deyib. Amma bu məsələnin dialoq yolu ilə həll olunacağına inanmıram. Tayvan administrasiyası özünü buraxmaz, Çin isə ərazi bütövlüyü prinsipindən imtina etməz. Əksinə, düşünürəm ki, gərginlik daha da artacaq və bu, hərbi müstəvidə də hiss ediləcək”.

08bZbRHikP1Dwhs6SRea

Kənan Novruzov

Siyasi şərhçinin fikrincə, rəsmi Bakı vahid Çin siyasətini həmişə dəstəkləyib:

“Azərbaycan bunu ən müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib. Rəsmi Bakının bu mövqeyinin bir neçə əsas səbəbi var. Birincisi, Azərbaycanla Çin arasında əlaqələr yüksək səviyyədədir. İkincisi, Bakı beynəlxalq hüquqa hörmət edir və özünün xarici siyasət kursunda beynəlxalq hüquq normalarını əsas götürür. Üçüncüsü, Azərbaycan 30 il separatizmdən əziyyət çəkən bir dövlət kimi oxşar taleyi yaşayan dövlətlərlə empatiya qurur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: