“İkinci Belarus” yarana bilər – Qərbə xəbərdarlıq edildi

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bildirib ki, Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, müharibə 1-2 həftəyə başa çata bilər. Bu halda Ukrayna ikinci Belarusa çevrilər. Avropa İttifaqı isə bunu istəmir.

Maraqlıdır, Aİ nümayəndəsinin bu açıqlamasında həqiqət payı nə qədərdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Avropa İttifaqının mövcudluğu Ukraynanın müharibədə qələbə qazanmasından asılıdır:

“Ukrayna bu gün çox ciddi şəkildə Qərbin siyasi və hərbi institutları tərəfindən dəstəklənir. İstər NATO, istər Avropa İttifaqı, ABŞ Ukraynanın Rusiya təcavüzünə qaşı müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hər cür köməklik göstərməyə davam edirlər.

Tural İsmayılov

Qərbdə Ukraynaya sistematik şəkildə dəstəyin verilməsinə çağırış günbəgün artır. Həqiqətən, Ukrayna bu günə qədər Qərbin tam dəstəyini almadan mübarizə aparıb və üstün müdafiə, hətta əks-hücum icra edib.

Hesab edirəm, Borrelin bu açıqlaması Qərb üçün ciddi xəbərdarlıq olmalıdır. Ukraynanın dirənişi, mübarizəsi həm də Qərbin gələcəyini formalaşdıracaq. Rusiya müharibəni qələbə ilə bitirsə, bu, Qərb üçün çox ciddi probemlərə səbəb olacaq”.

Turan Rzayev
Globalinfo.az