İsrail Prezidenti İsaq Hersoq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə çalması münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, İsaq Hersoq bu barədə öz tvitter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Seçkilərdəki qələbəsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm. Əminəm ki, Türkiyə ilə İsrail arasında əlaqələri gücləndirmək və genişləndirmək üçün birlikdə çalışmağa davam edəcəyik”.