
Şamda keçirilən tədbirdə nümayiş olunan rəqs və musiqi proqramı mübahisələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.
Tədbirdə iştirak edən Suriya Prezidenti Əhməd Əl Şara isə məsələyə münasibət bildirərkən deyib ki, açılış mərasiminə qatılması öncədən planlanmayıb, buna son anda qərar verilib.
Fransadan Putini hiddətləndirəcək bəyanat
Onun sözlərinə görə, “Al-Fayhaa Hall”un açılışı ilə bağlı tədbir əslində onların gündəliyində yer almayıb, həmin ərəfədə komandası ilə birlikdə Körfəz ölkələrinə səfərə hazırlaşıb. Son anda onlar sözügedən tədbirə dəvət olunublar və proqramdan xəbərsiz şəkildə gec qatılıblar.
Prezident əlavə edib ki, səhnələşdirilən proqram onu da təəccübləndirib və göstərilən çıxışlardan narazı qalıb.
“Milli tədbirlər müəyyən məna daşımalı və ölkənin mədəni dəyərlərini əks etdirməlidir. İctimaiyyətin tənqidlərini nəzərə alaraq, gələcəkdə keçiriləcək tədbirlərin Suriya cəmiyyətinin ənənə və mədəniyyətinə uyğun təşkil olunması ilə bağlı göstəriş verdim”, – Şara bildirib.
Safura Bənnayeva
Globalinfo.az