1638278004 baki 1998

“Bu gün, etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməyimdən cəmi üç gün sonra sizinlə burada görüşməkdən böyük məmnunluq duyuram. Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu gün həmin imkanlar barədə fikirlərimi sizinlə bölüşmək istərdim. Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan indi gördüyüm ölkədən çox fərqli idi. 2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərək Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbirli və səxavətli idi. Mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə bilməyəcəyim qədər çox şey öyrətdi. Bugünkü Azərbaycan təsəvvür etdiyimdən də böyük, dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının qonaqpərvərliyi. Bu münasibətlər baxımından əlamətdar bir dönəmdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanın mühüm regional tərəfdaşı kimi qiymətləndir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qətiyyətliyəm”, – D.Norman bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: