Zəngəzurda hərbi maşın aşdı: yaralılar var

Ermənistan Müdafiə Nazirliyinə məxsus maşınla digər nəqliyyat vasitəsi Zəngəzurda toqquşub.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, qəza nəticəsində maşınlar təbii qaz xəttinə çırpılaraq onu qırıb, daha sonra isə aşıb.

Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.