Zəngəzurda ağır qəza: Rus sərhədçi həlak oldu – FOTO

photo 12319372

Martın 25-də Zəngəzurda “UAZ” markalı avtomobilin yoldan çıxaraq 40 metr hündürlüyündəki dərəyə yuvarlanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yerinə gələn həkimlər avtomobildən 22 yaşlı Rusiya vətəndaşı İqor Kotov adlı gənci çıxararaq xəstəxanaya çatdırıblar. Avtomobildəkilərin Meğridə xidmət edən rus sərhədçiləri olduğu ortaya çıxıb. Ərazinin onların nəzarətində olduğu deyilir.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

capture 61 x726 quality90

Əliyar Xəlil
Globalinfo.az