
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə 60 günlük atəşkəs əldə olunacağı təqdirdə ölkədə prezident seçkilərinin keçirilməsinə hazır olduğunu açıqlayıb.
Globalinfo.az-ın “Strana.ua” nəşrinə istinadən yaydığı məlumata görə, Zelenskinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın Ukrayna rəhbərliyini tənqid edən bəyanatlarından sonra gündəmə gəlib.
Xatırladaq ki, Tramp daha əvvəl Ukraynada yeni liderin seçilməsi məsələsini gündəmə gətirib. O, Zelenskinin Rusiya ilə razılaşma əldə etmək imkanlarını şübhə altına alaraq, Kiyevin Moskva ilə danışıqlarda nəticə əldə edə bilmədiyini iddia edib.
İrana hücumlar fonunda Trampdan ilginc açıqlama: Blefdir, yoxsa real?
ABŞ lideri, həmçinin Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını dayandırmaqla bağlı tələblərə əməl etməməsindən narazılığını ifadə edib və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırıla biləcəyini bildirib.
“Strana.ua” yazır ki, Trampın açıqlamaları Kiyevdə ciddi narahatlıq yaradıb. Məlumata görə, Zelenski bundan sonra bir sıra Avropa ölkələrinin liderləri ilə təcili telefon danışıqları aparıb. Nəşr Ukrayna prezidentinin mövqeyini Vaşinqtonun təzyiqlərinə cavab kimi qiymətləndirib.
Tahir Turan
Globalinfo.az